01.03.2010
Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, cari ilin fevral ayı ərzində Fondun standartları ilə verilən ipoteka kreditlərinin həcmi 6 mln. manata yaxın təşkil etmişdir.
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 162 mln. manatı keçmişdir. Nəticədə 4000-dən artıq ailə ipoteka kreditləri hesabına öz mənzil-yaşayış şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olmuşdur.






