Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
Qəbul qaydaları

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Konstitusiyanın bu maddəsini, habelə Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün şərait yaradılmasının zəruriliyini nəzərə alaraq, vətəndaşların İpoteka Fondunun Rəhbərliyi və aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbulu aşağıdakı qaydada həyata keçirilir:

  1. Fondun Rəhbərliyi və aidiyyəti şöbələrin səlahiyyətli nümayəndələri Vətəndaşları hər həftənin Cümə günü saat 15.00-dan 18.00-a qədər qəbul edir.
  2. Qəbula düşmək arzusunu bildirən istənilən vətəndaş bir qayda olaraq həftə ərzində saat 09:00-dan 18:00-dək Azərbaycan İpoteka Fondundan qəbul üçün müraciət formasını götürüb və ya AİF-in saytına daxil olub elektron müraciət formasinı doldurur. Müraciət formalarına baxıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır və qəbul günü təsdiq edilir.
  3. Qəbula gələn vətəndaşların şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsi zəruridir.
  4. Həftə ərzində qəbul uçun müraciət edən vətəndaşların ümumi sayı 20-dən artıq olarsa, digər vətəndaşların qəbulu növbəti həftənin cümə gününə keçirilir.
  5. Qəbulla bağlı şəhər və daxili telefon nömrələri: 
    498 18 01, 498 18 02, 498 18 03 (daxili 123).
    Qaynar xətt: 598 20 08

 

Qəbul üçün onlayn müraciət et

İpoteka götürənlərİn sayı
1
8
9
6
9
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
791 519 830 keçib.
Müvəkkİl təşkİlatlar