Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
Beynəlxalq əlaqələr

Beynəlxalq əlaqələr

Beynəlxalq əməkdaşlıq
Azərbaycan İpoteka Fondu ipoteka kreditləşməsi təcrübəsinin öyrənilməsi və bu sahədə mütərəqqi tendensiyaların izlənilməsini və informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra mühüm beynəlxalq təşkilatların üzvüdür. Belə ki, AİF 01 mart 2007-ci il tarixində Beynəlxalq Mənzil Tikintisi və İpoteka Kreditləşməsi Fondları Assosiasiyana (MAİF), 17 aprel 2008-ci il tarixində Beynəlxalq Mənzil Maliyyələşməsi Birliyinə (IUHF) və 08 iyul 2008-ci il tarixində Mənzil Araşdırması üzrə Avropa Şəbəkəsinə (ENHR) üzv qəbul olunmuş və bu təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Beynəlxalq təcrübə mübadiləsi

Dünya təcrübəsinin öyrənilməsi məqsədilə AİF-in əməkdaşları ABŞ, Qazaxıstan, Latviya, Ukrayna, Malayziya, Danimarka, Rusiya kimi ölkələrə ezam edilmiş və həmin ölkələrin təcrübəsindən əldə edilmiş məlumatlar əsasında müxtəlif təhlillər aparılmış və arayışlar hazırlanmışdır.

Fondun qabaqcıl dünya təcrübəsinə uyğun fəaliyyətini təmin etmək məqsədilə beynəlxalq təşkilatların texniki yardımı cəlb edilmiş, bu çərçivədə hüquq, mühasibatlıq, hesablaşmalar, xəzinədarlıq, idarəetmə və sair sahələr üzrə işin beynəlxalq standartlara uyğun təşkil edilməsində World Learning, BMK, AYİB, USAİD və digər qurumlarla əlaqələr qurulmuşdur.

Layihələr

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) ilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında Fondun funksional, o cümlədən maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, onun investisiya cazibədarlığının artırılması və gələcək hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı 16 iyun 2008-ci il tarixində Əməkdaşlıq sazişi imzalanmışdır. Məsləhət xidmətlərinin göstərilməsi iki fazadan - Fondun gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi və Əməliyyat (biznez) planının hazırlanmasından - ibarətdir. Layihənin icrasını BMK tərəfindən tender əsasında seçilmiş Frankfurt Maliyyə və İdarəçilik Məktəbi (FSFM) həyata keçirir.

İpoteka götürənlərİn sayı
1
8
9
6
9
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
791 519 830 keçib.
Müvəkkİl təşkİlatlar